№ | Elmi müəssisənin (təşkilatın) adı |
Tabeçiliyi | Əsas fəaliyyət istiqamətləri |
Təsis olunduğu tarix |
Ünvanı |
---|---|---|---|---|---|
1 | Azərbaycan Respublikasının Təhsil İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Təhsilin konsepsiyası, məzmunu, sosioloji problemləri, ayrı-ayrı pillələrində keyfiyyətin təminatı istiqamətinə fundamental və innovasiya xarakterli tədqiqatların aparılması, elmi nəticələrin ekspertizası və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 01.07.1931 | Bakı ş., A.Cəlilov küç. 86 |
2 | Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Qeyri xətti fiziki proseslərin, idarəetmə və iqtisadi sistemlərin riyazi modellərinin tədqiqi və həll alqoritmlərinin işlənməsi. | 26.11.1991 | Bakı ş., Z.Xəlilov küç. 23 |
3 | Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | “Elektronika üçün perspektivli olan material və strukturların alınması və tədqiqi”, “Bioloji proseslərin molekulyar təşkilinin fiziki əsasları”, “Yüksək enerjilər fizikası”, “Bioloji sistemlərin təşkilinin fiziki-kimyəvi əsasları” istiqamətləri üzrə tədqiqatların aparılması | 07.01.2005 | Bakı ş., Z.Xəlilov küç. 23 |
4 | Azərbaycan Dövlət Neft və Sənayə Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Neft, qaz və geotexnoloji elm istiqamətinə fundamental və innovasiya xarakterli tədqiqatlarının aparılması, elmi nəticələrin ekspertizası və tətbiqi. | 16.03.1992 | Bakı ş., D.Əliyeva küç. 227 |
5 | Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Dövlətin iqtisadi siyasətinin elmi əsaslarının hazırlanması, iqtisadi inkişafın idarə olunması və proqnozlaşdırılması, dünya təsərrüfat sisteminin inkişaf meyllərinin qiymətləndirilməsi və Azərbaycanın geoiqtisadi maraqlarının təmin edilməsi sahəsində elmi-tədqiqat işlərinin aparılması. | 14.09.2009 | Bakı ş., İstiqlaliyyət küç. 6 |
6 | Elm və Təhsil Nazirliyinin nəzdində “Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri üzrə” Elmi-Tədqiqat Laboratoriyası | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Təhsil sisteminin inkişafı və proqnozlaşdırılmasını həyata keçirir. | 01.01.2017 | Bakı ş., Xətai pr. 49 |
7 | Fizika İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Kondensə olunmuş hal fizikası, optoelektronika, nüvə fizikası və yüksək enerjilər fizikası sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 31.03.1945 | Bakı ş., H.Cavid pr. 131 |
8 | Riyaziyyat və Mexanika İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Mexanika və riyaziyyatın hər hansı sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 27.05.1959 | Bakı ş., B.Vahabzadə küç. 9 |
9 | İdarəetmə Sistemləri İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Sənaye obyektlərinin rentabelliyinin artırılması üçün hibrid informasiya texnologiyalarının və intellektual idarəetmə sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemlərinin tədqiqi və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 01.01.1960 | Bakı ş., B.Vahabzadə küç. 9 |
10 | Radiasiya Problemləri İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Radiasiya fizikası və kimyası, materialşünaslığı, texnologiyaları, nüvə və radiasiya təhlükəsizliyinin elmi əsasları sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 21.05.1969 | Bakı ş., B.Vahabzadə küç. 9 |
11 | İnformasiya Texnologiyaları İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | İnformasiya cəmiyyətinin elmi-nəzəri problemlərinin araşdırılması, informasiya təhlükəsizliyinin təmin olunması,virtual məkanda Azərbaycan dilinin tətbiqi və E-dövlət platformasının formalaşması problemlərinin tədqiqi. | 01.01.1997 | Bakı ş., B.Vahabzadə küç. 9 |
12 | Biofizika İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Bioloji sistemlərin fiziki-kimyəvi əsasları, biofizika sahəsində insan sağlamlığı ilə bağlı fundamental tədqiqatlar və onların praktikaya, təbabətə köçürülməsi. | 15.12.2016 | Bakı ş., Z.Xəlilov küç.117 |
13 | Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Səma cisimlərinin fizika və dinamikası sahəsində fundamental tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 17.11.1959 | Şamaxı r-nu., Y.Məmmədəliyev qəs. |
14 | Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Azərbaycan neftlərinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədi ilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması. | 01.01.1929 | Bakı ş., Xocalı pr. 30 |
15 | Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Kimyəvi proseslərin və katalizin hər hansı sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 01.01.1935 | Bakı ş., H.Cavid pr. 113 |
16 | Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Aşqarlar kimyasının hər hansı sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi | 01.01.1965 | Bakı ş., Böyükşor ş-si 2062-ci məhəllə |
17 | Polimer Materialları İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Polimer materiallarının yaradılması, fundamental və innovasiya xarakterli tətbiqi tədqiqatların aparılması, elmi nəticələrin ekspertizası və tətbiqi. | 01.01.1966 | Sumqayıt ş., S.Vurğun küç. 124 |
18 | Geologiya və Geofizika İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya və geofizika istiqamətinə fundamental və innovasiya xarakterli innovasiya tədqiqatlarının aparılması, elmi nəticələrin ekspertizası və tətbiqi. | 01.01.1938 | Bakı ş., H.Cavid pr. 119 |
19 | Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqları, təbii ehtiyatların və onların ekосоğrafi xüsusiyyətlərinin tədqiqi. | 01.05.1945 | Bakı ş., H.Cavid pr. 115 |
20 | Təbiət Tarixi Muzeyi | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Azərbaycanın fauna və flora nümunələrinin aşkar edilməsi, toplanılması, qorunması və öyrənilməsi. | 01.01.1930 | Bakı ş., Lermontov küç. 20 |
21 | Neft və Qaz İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Böyük dərinliklərin karbohidrogen sistemlərinin tədqiqi, neft və qaz yataqlarının işlənməsi sahəsində fundamental tədqiqatların aparılması, neft-qaz sahəsinin iqtisadiyyatı və proqnozlaşdırılması. | 01.01.1951 | Bakı ş., F.Əmirov küç. 9 |
22 | Botanika İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Bitkilərin biomüxtəlifliyinin müasir vəziyyəti və dinamikasının qiymətləndirilməsi, ehtiyatların üzə çıxarılması, mühafizəsi və səmərəli istifadəsi, məlumat bazaları və interaktiv xəritələrinin hazırlanması. | 01.01.1936 | Bakı ş., Badamdar ş-si 40 |
23 | Zoologiya İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Zoologiya sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi | 01.03.1936 | Bakı ş., A.Abbaszadə 1128-ci döngə, 504-cü məhəllə |
24 | Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Qocalmanın molekulyar-genetik və fizioloji əsasları, mühit faktorlarının canlı orqanizmə təsirinin fizioloji mexanizmləri və korreksiya yolları, sosial-əhəmiyyətli xəstəliklərin erkən diaqnostikası üçün qeyri-invaziv üsulların işlənməsi. | 21.02.1968 | Bakı ş., A.M.Sərifzadə küç. 78 |
25 | Mikrobiologiya İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Mikrobiologiya və biotexnologiya sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 01.01.1997 | Bakı ş., M.Musfiq küç. 103 |
26 | Dendrologiya İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Təbii və mədəni şəraitdə becərilən bitkilərin assortimentinin genişlənməsi və onların genofondunun müdafiəsi və saxlanması üçün biomüxtəlifliyin öyrənilməsi, qorunub saxlanma prinsipi və yolları və səmərəli istifadəsi ilə bağlı tətbiqi elmi-tədqiqat işlərinin həyata keçirilməsi. | 17.05.1966 | Bakı ş., Mərdəkan qəs. S.Yesenin küç. 89 |
27 | Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Molekulyar biologiya və biotexnologiya sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 30.06.2014 | Bakı ş., İ.Nəbiyev küç.11 |
28 | Genetik Ehtiyatlar İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Bitkilərin qiymətli, nadir, itməkdə və nəsli kəsilməkdə olan cinslərin, növlərin, aborigen sort və formaların, kənd təsərrüfatı heyvanlarının yerli cinslərinin inventarlaşdırılaraq pasportlaşdırılması, toplanması, introduksiyası, bərpası, çoxaldılması, beynəlxalq deskriptorlar əsasında qiymətləndirilməsi və bu sahədə elmi-tədqiqatların aparılması. | 30.01.2003 | Bakı ş., Azadliq pr. 155 |
29 | Torpaqşünaslıq və Aqrokimya İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Torpaqşünaslıq, aqrokimya, ekologiya və torpaq meliorasiyası, rekultivasiya və mühafizəsi sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi, | 01.01.1945 | Bakı ş., M.Rəhim küç.5 |
30 | İqtisadiyyat İnstitutu | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | İqtisad elmi və müasir iqtisadiyyatın aktual problemləri üzrə fundamental və tətbiqi tədqiqatların aparılması. | 05.05.1958 | Bakı ş., H.Cavid pr. 115 |
31 | Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan) | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Naxçıvan Muxtar Respublikası ərazisindəki təbii sərvətlərin geoloji, kimyəvi, fiziki tədqiqi, hidroloji və landşaft şəraitinin öyrənilməsi, seysmoloji tədqiqatlar, sosial-iqtisadi infrastrukturlarının yerləşmə qanunauyğunluqlarının araşdırılması. | 07.08.2002 | Naxçıvan ş., H.Əliyev pr. 76 |
32 | Bioresurslar İnstitutu (Naxçıvan) | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Naxçıvan Muxtar Respublikasında flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi sahəsində tədqiqat işlərinin həyata keçirilməsi. | 07.08.2002 | Naxçıvan ş., Babək küç. 10 |
33 | Batabat Astrofizika Rəsədxanası (Naxçıvan) | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Səma cisimlərinin dinamikası və fizikası sahəsində tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 07.08.2002 | Naxçıvan ş., H.Əliyev pr. 35 |
34 | Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə) | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Naftalan nefti və onun istismarından alınan tullantılardan yerli xammallar əsasında hazırlanmış adsorbentlərlə kanserogen birləşmələrdən təmizlənməsi, regionunun təbii ehtiyatlarının, dağ-mədən, sənaye tullantılarının pasportlaşdırılması və tədqiqi. | 19.12.2012 | Gəncə ş., H.Əliyev pr. 419 |
35 | Bioresurslar İnstitutu (Gəncə) | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Qərb bölgəsinin boyaq bitkiləri və müxtəlif növ tullantılarından istifadə etməklə piqment və yağların alınmasının tədqiqi. | 19.12.2012 | Gəncə ş., H.Əliyev pr. 419 |
36 | Aqrar Problemlər İnstitutu (Gəncə) | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Qərb regionunun torpaq, su ehtiyatlarının araşdırılması, mühafizəsi və idarə edilməsi, alternativ enerji mənbələri və innovativ texnologiyaların tətbiqi sahəsində elmi-tədqiqatların aparılması. | 19.12.2012 | Gəncə ş., H.Əliyev pr. 419 |
37 | Nəbatat bağı (Gəncə) | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Qərb regionunda olan ali və ibtidai bitkilərin sistematikasının, onların ehtiyatlarının araşdırılması, biomühəndislik və biotexnologiya, geobotanika, landşaft dizaynı sahəsində elmi-tədqiqatların aparılması. | 19.12.2012 | Gəncə ş., H.Əliyev pr. 419 |
38 | Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu | Azərbaycan Milli Elmlər Akademiyası | Ədəbiyyatşünaslıq sahəsində azərbaycançılıq, dövlətçilik, milli-mənəvi dəyərlərin öyrənilməsi istiqamətində tətbiqi elmi-tədqiqat işlərinin aparılması. | 01.01.1933 | Bakı ş., H.Cavid pr. 117 |
39 | Nəsimi adına Dilçilik İnstitutu | Azərbaycan Milli Elmlər Akademiyası | Azərbaycan dili və dilçilik tarixi, dünya dilçiliyinə inteqrasiya, qədim dillər və mədəniyyətlərin öyrənilməsi, psixolnqvistika, sosiolinqvistik və linqvokulturoloji, dialektoloji tədqiqatların aparılması, kompüter dilçiliyi və lüğətçilik işinin inkişaf etdirilməsi. | 01.01.1932 | Bakı ş., H.Cavid pr. 117 |
40 | Folklor İnstitutu | Azərbaycan Milli Elmlər Akademiyası | Azərbaycan folklorunun toplanması, sistemləşdirilməsi, tərtib və nəşri, bədii-estetik xüsusiyyətləri, inkişaf dinamikası və nəzəri problemlərinin öyrənilməsi, lokal, regional, milli və universal xüsusiyyətlərinin tədqiqi. | 01.01.1994 | Bakı ş., İçərişəhər, 8-ci Kiçik qala küç. 31 |
41 | Memarlıq və İncəsənət İnstitutu | Azərbaycan Milli Elmlər Akademiyası | Qədim dövrdən müasir dövrə kimi Azərbaycan memarlıq və incəsənətinin tarixi, nəzəri və metodoloji problemlərinin tədqiqi, milli sənətin dünya xalqlarının bədii mədəniyyətləri ilə əlaqələrinin araşdırılması. | 23.01.1945 | Bakı ş., H.Cavid pr., 115 |
42 | Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu | Azərbaycan Milli Elmlər Akademiyası | Azərbaycan ədəbi və elmi-ictimai fikrinin, türkdilli, farsdilli, ərəbdilli, multidissiplinar əlyazmaların, daşbasma kitablarının, tarixi-arxeoqrafik sənədlərin, şəxsi arxivlərin toplanması, qorunması, tədqiqi, kataloqlaşdırılması, biblioqrafiyaların hazırlanması və resursların elektronlaşdırılması. | 01.01.1950 | Bakı ş., İstiqlaliyyət küç. 26 |
43 | Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu | Azərbaycan Milli Elmlər Akademiyası | Azərbaycan tarixinin aktual problemlərinin öyrənilməsi, respublika üzrə aparılan tarixi tədqiqatların əlaqələndirilməsi, tarix elmi sahəsində fundamental və tətbiqi elmi-tədqiqat işlərinin həyata keçirilməsi. | 01.01.1936 | Bakı ş., H.Cavid pr. 115 |
44 | Arxeologiya və Antropologiya İnstitutu | Azərbaycan Milli Elmlər Akademiyası | Azərbaycanda arxeologiya və etnoqrafiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsi | 01.01.1993 | Bakı ş., H.Cavid pr. 115 |
45 | Fəlsəfə və Sosiologiya İnstitutu | Azərbaycan Milli Elmlər Akademiyası | Azərbaycan fəlsəfə tarixi, sosial-mənəvi inkişafın, idrakın, təbiətşünaslığın, siyasətin və ekologiyanın fəlsəfi məsələləri ilə bağlı elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 01.01.1945 | Bakı ş., H.Cavid pr. 115 |
46 | Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu | Azərbaycan Milli Elmlər Akademiyası | Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələrinin tədqiqi ilə bağlı işlərin aparılması. | 01.01.1958 | Bakı ş., H.Cavid pr. 117 |
47 | Qafqazşünaslıq İnstitutu | Azərbaycan Milli Elmlər Akademiyası | Qafqaz ölkələrinin sosial-iqtisadi, siyasi təhlili və qonşu ölkələrin, beynəlxalq və regional təşkilatların Qafqaz siyasəti və regionunda münaqişələr ilə bağlı tətbiqi elmi-tədqiqat işlərinin həyata keçirilməsi. | 29.04.2015 | Bakı ş., H.Cavid pr. 117 |
48 | “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi | Azərbaycan Milli Elmlər Akademiyası | Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və çapı. | 06.05.2004 | Bakı ş., H.Cavid pr. 111 |
49 | Lənkəran Regional Elmi Mərkəzi | Azərbaycan Milli Elmlər Akademiyası | Lənkəran-Astara bölgəsinin biomüxtəlifliyi, tarixi, etnoqrafiyası, folkloru üzrə fundamental və tətbiqi tədqiqatların həyata keçirilməsi. | 21.09.2005 | Lənkəran., Ş.Axundov küç. 18 |
50 | Şəki Regional Elmi Mərkəzi | Azərbaycan Milli Elmlər Akademiyası | Şəki-Zaqatala iqtisadi rayonunun sənaye və kənd təsərrüfatını inkişaf etdirilməsi, elmin qabaqcıl nailiyyətlərini istehsalata tətbiq etməklə səmərəliliyin artırılması. | 06.04.1995 | Şəki., L.Abdullayev küç. 24. |
51 | Mərkəzi Elmi Kitabxana | Azərbaycan Milli Elmlər Akademiyası | Azərbaycanda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan universal təmayüllü, aparıcı elmi kitabxana. | 01.01.1923 | Bakı şəhəri, Hüseyn Cavid prospekti 129, Akademiya şəhərciyi |
52 | “Elm” Nəşriyyatı | Azərbaycan Milli Elmlər Akademiyası | Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər (terminoloji, ikidilli və çoxdilli), klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır. | 01.01.1945 | Bakı ş., H.Cavid pr., 115, Akademiya şəhərciyi, Mərkəzi Elmi Kitabxananın binası |
53 | Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu | Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi | Vətən tarixi, arxeologiya, etnoqrafiya və epiqrafika, Qafqaz tarixi sahələrində tətbiqi elmi tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 07.08.2002 | Naxçıvan ş., H.Əliyev pr. 76 |
54 | İncəsənət, Dil və Ədəbiyyat İnstitutu | Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi | Naxçıvanın incəsənətinin, folklorunun, teatr və musiqi mühitinin, dialekt və şivələrinin, ədəbi mühitinin, tətbiqi sənətlərinin öyrənilməsi. | 07.08.2002 | Naxçıvan ş., H.Əliyev pr. 76 |
55 | Əlyazmalar Fondu | Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi | Naxçıvan Muxtar Respublikası ərazisindəki əlyazmalarının toplanılması, sistemləşdirilməsi və kataloqlaşdırılması. | 07.08.2002 | Naxçıvan ş., H.Əliyev pr. 35 |
56 | Humanitar Tədqiqatlar İnstitutu | Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi | Qərb bölgəsi üçün xarakterik olan folklor materiallarının, ədəbi mühitin və dialektlərin tədqiq olunması. | 19.12.2012 | Gəncə ş., H.Əliyev pr. 419 |
57 | Diyarşünaslıq İnstitutu | Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi | Gəncə şəhərinin tarixinin xronoloji mərhələlər üzrə öyrənilməsi, regionun arxeoloji və etnoqrafik materiallarının qədim məhəllələri və sənətkarlıq sahələrinin araşdırılması. | 19.12.2012 | Gəncə ş., H.Əliyev pr. 419 |
58 | Nizami Gəncəvi Mərkəzi | Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi | Nizami Gəncəvi irsinin araşdırılması, Nizamişünaslığın aktual problemlərinin, elmi-fəlsəfi görüşlərinin, sənətşünaslığının tədqiq olunması, beynəlxalq əlaqələrin təşkili, əsərlərinin müxtəlif dillərə tərcüməsi və ensiklopediyasının hazırlanması. | 19.12.2012 | Gəncə ş., H.Əliyev pr. 419 |
59 | Milli Onkologiya Mərkəzi | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi | Əhaliyə onkologiya sahəsində tibbi xidmətlərin göstərilməsi, tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 10.12.1940 | Bakı ş., H.B.Zərdabi, küç., 79b |
60 | Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi | Əhalinin ixtisaslaşdırılmış oftalmoloji xidmət ilə təmin edilməsi, oftalmologiya elminin inkişafı və həkim-mütəxəssis hazırlığı. | 01.01.1946 | Bakı ş., 6-cı mikrorayon., Cavadxan küç., 32/15 |
61 | Milli Hematologiya və Transfuziologiya Mərkəzi | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi | Hematologiya və Transfuziologiya sahəsində tibbi xidmətlərin, tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 13.11.2017 | Bakı ş., F.X.Xoyski küç. 128 |
62 | Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi | Əhalinin sağlamlığının və xəstəliklərinin regionar xüsusiyyətlərinin monitorinq, epidemiologiya, müalicə və profilaktika üsullarının təkmilləşdirilməsi, ürək-damar sistemi xəstəliklərinin monitorinqi, diaqnostika, müalicəsi və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 01.01.1979 | Bakı ş., F.X.Xoyski, küç. 85 |
63 | Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi | Cərrahiyə sahəsində tibbi xidmətlərin, tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 01.01.1961 | Bakı ş., A.M.Şərifzadə, küç., 196 |
64 | K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi | Pediatriya sahəsində tibbi xidmətlərin, tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi | 06.10.1927 | Bakı ş., B.Bağırova, küç., 15 |
65 | Elmi-Tədqiqat Mamalıq və Ginekologiya institutu | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi | Ana, döl və yenidoğulmuşların sağlamlığının qorunması, insanın reproduktiv funksiyasının fiziologiyası və patologiyasının öyrənilməsi sahəsində tətbiqi elmi tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 16.09.1986 | Bakı ş., K.Kazımzadə küç. 118 |
66 | Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi | Ölkənin kurort ehtiyaclarının öyrənilməsi, mineral suların, müalicə palçığın və neftin fiziki-kimyəvi xüsusiyyətlərini və bakterioloji aktiv komponentlərinin tədqiqi, müalicəvi əhəmiyyətin dəyərləndirilməsi və institutun klinikasında xəstələrin təbii və fizioterapiya üsullarla müalicə olunması | 01.01.1936 | Bakı ş., Xətai pr. 9 |
67 | Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi | Travmatologiya və ortopediyanın hər hansı sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 11.03.1946 | Bakı ş., A.Səhhət küç. 32 |
68 | V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi | İnsan xəstəliklərinin fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanması sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 01.01.1922 | Bakı ş., C.Cabbarlı küç. 35 |
69 | Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi | Tənəffüs orqanları, ftiziatriya və pulmonologiya sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 31.07.1944 | Bakı ş., M.Şərifli küç. 63 |
70 | Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi | Həkimlərin və əczaçıların elmin müasir standartlara uyğun ixtisasartırma və yenidənhazırlanma tədrisinə cəlb edilməsi | 20.11.1935 | Bakı ş., M.Həsənov küç. 35 |
71 | "Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu" publik hüquqi şəxs | Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi | Tərəvəz məhsulların emalını həyata keçirən sənayenin xammala olan tələbatının davamlı təmin olunması və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün elmi-tədqiqatların təkmilləşdirilməsi və alınmış nəticələrin istehsalatda tətbiqi. | 01.01.1965 | Bakı ş., Pirşağı qəs., 2 saylı sovxoz |
72 | "Aqrar Tədqiqatlar Mərkəzi" publik hüquqi şəxs | Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi | Aqrar sahə ilə bağlı məlumat bazasının yaradılması, təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar siyasətə dair tövsiyələrin, proqramların, layihələrin və innovativ inkişaf mexanizmlərinin hazırlanması. | 01.01.1962 | Bakı ş., Nizami küç. 92 |
73 | Baytarlıq Elmi-Tədqiqat İnstitutu | Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi | Baytarlığın aktual problemlərinin həllinə yönəldilmiş elmi-tədqiqat işlərinin aparılması, onların nəticələrinin praktikada tətbiqi. | 12.12.1901 | Bakı ş., Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi |
74 | Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu | Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi | İnstitutun əsas fəaliyyət istiqamətlərindən biri respublika ərazisində açıq və örtülü şəraitdə becərilən kənd təsərrüfatı, meşə, yaşıllıq, dekorativ və dərman bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının növ tərkibinin, yayılma arealının, başlıca zərərli orqanizmlərin bioekoloji xüsusiyyətlərinin və onların vurduğu zərərin öyrənilməsi əsasında ekoloji baxımdan təhlükəsiz mübarizə tədbirlərinin işlənib hazırlanması. | 17.04.2015 | Gəncə şəhəri, Əziz Əliyev 91 |
75 | Əkinçilik Elmi-Tədqiqat İnstitutu | Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi | Ölkənin müxtəlif aqroekoloji bölgələri üçün bitkilərin yeni sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması və tətbiqi. | 20.05.1950 | Bakı ş., Pirşağı qəs., 2 Saylı Sovxoz |
76 | Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu | Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi | Heyvandarlığın müxtəlif sahələri üzrə aktual problemlərin elmi izahının verilməsi, yemlərin kimyəvi-mineral tərkibinin öyrənilməsi, tut ipək qurdunun yemləndirilməsi və barama istehsalının artırılması. | 01.01.1949 | Göygöl ş., Firuzabad qəs. |
77 | Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu | Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi | Bitki genofondunun toplanması, saxlanması, seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsi. | 01.01.1926 | Quba ş., H.B.Zərdabi qəsəbəsi, |
78 | Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu | Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi | Üzüm genofondunun zənginləşdirilməsi və qorunub saxlanması, üzümün innovativ becərmə texnologiyalarının və istehsalının elmi əsaslarının işlənib hazırlanması, üzümçülük və şərabçılıq sahəsində elmi-tədqiqat işlərinin aparılması. | 12.08.1976 | Bakı ş., Mehdiabad., 20 yanvar küçəsi |
79 | Milli Aerokosmik Agentliyi | Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi | Aerokosmik və müdafiə təyinatlı konstruktor texnoloji işləmələrin həyata keçirilməsi | 01.01.1974 | Bakı ş., S.S.Axundov küç. 1 |
80 | "İqtisadi Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxs | Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi | İqtisadi fəaliyyət, insan kapitalının inkişafı, innovativ inkişafın və sənayenin tədqiqi sahəsində elmi-tədqiqat işlərinin və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsi. | 02.12.1964 | Bakı., H.B.Zərdabi Pr., 88a |
81 | Məhkəmə Ekspertizası Mərkəzi | Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi | Məhkəmə ekspertizalarının keçirilməsi, bu sahədə elmi-tədqiqat işlərinin aparılması, ekspert tədqiqatının yeni metod və metodikalarını hazırlanması və təkmilləşdirilməsi, məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik yardım göstərilməsi. | 01.08.1938 | Bakı ş., Xaqani küç. 24 |
82 | Maliyyə Elm-Tədris Mərkəzi | Azərbaycan Respublikasının Maliyyə Nazirliyi | Maliyyə vəsaitlərinin, xüsusilə də dövlət maliyyəsinin proqnozlaşdırılması, icrası və istifadəsinə nəzarət eləcə də beynəlxalq və milli mühasibat uçotu standartlarının tədrisi sahəsini həyata keçirir. | 05.06.2002 | 10, Heydər Əliyev, Bakı AZ 1154, Azərbaycan |
83 | Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi | Azərbaycan Respublikası Mədəniyyət nazirliyi | Mədəniyyətin tədqiqinə, təhlilinə və təbliğinə dair və mədəniyyət, incəsənət, nəşriyyat, kinematoqrafiya, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində elmi araşdırmaların, təhlillərin aparılması. | 16.11.2018 | Bakı ş., B.Səfəroğlu küç., 144, |
84 | Milli Azərbaycan Tarixi Muzeyi | Azərbaycan Respublikası Mədəniyyət nazirliyi | Müasir muzeyşünaslığın prinsipləri əsasında Azərbaycanın qədim dövrdən bu günədək tarixinə, maddi və mənəvi mədəniyyətinə aid materialların toplanılması mühafizəsi, elmi tədqiqi, təbliği və nümayişi. | 01.01.1920 | Bakı ş., H.Z.Tağıyev küç. 4 |
85 | Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi | Azərbaycan Respublikası Mədəniyyət nazirliyi | Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi. | 01.11.1939 | Bakı ş., İstiqlaliyyət küç. 53 |
86 | Hüseyn Cavidin Ev Muzeyi | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi | Hüseyn Cavid və cavidlər irsinə aid materialların toplanması, qorunması, tədqiqi və təbliği. | 25.01.1981 | Bakı ş., İstiqlaliyyət küç. 26 |
87 | Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi | Statistika sahəsində elmi-tədqiqat işlərinin aparılması, mövcud statistik metodologiyaların təkmilləşdirilməsi, yeni metodologiyaların işlənilməsi | 19.11.2015 | Bakı ş., İnşaatçılar pr. 81 |
88 | "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxs | "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxs | Ümumdünya İnsan Hüquqları sahəsində fundamental xarakterli tətbiqi elmi tədqiqat işlərinin həyata keçirilməsi. | 30.11.1998 | Bakı ş., H.Cavid pr. 125 |