Bağla

KOMİSSİYA HAQQINDA EKSPERT ŞURALARI


    Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində ekspert şuraları dissertasiya və attestasiya sənədlərinin “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün müxtəlif elm sahələri üzrə yaradılır.

    Ekspert şuraları qərəzsizlik, obyektivlik prinsiplərini və peşəkar etik davranış qaydalarını rəhbər tutmaqla fəaliyyət göstərir.

    Ekspert şuralarının vəzifələri aşağıdakılardır:

   - elmi dərəcə verilməsinə dair dissertasiya və attestasiya sənədlərinin, elmi ad verilməsinə dair attestasiya sənədlərinin ekspertizasının aparılması və Komissiyaya müvafiq tövsiyələrin hazırlanması;

    - xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması üçün ekspertizasının aparılması və Komissiyaya müvafiq tövsiyələrin hazırlanması;

    - elmi dərəcələrdən və elmi adlardan məhrumetmə (bərpaetmə) məsələləri üzrə Komissiyanın Rəyasət Heyətinə müvafiq tövsiyələrin hazırlanması;

    - dissertasiya şuralarının və Komissiyanın qərarlarından verilmiş şikayət ərizələrinə (apellyasiyalara) baxılması və müvafiq tövsiyələrin hazırlanması;

    - dissertasiya və attestasiya sənədlərinin ekspertizası ilə bağlı məlumatların konfidensiallığının qorunması, iddiaçıya və ya üçüncü tərəfə verilməməsi;

    - dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin və beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə

(bazalarına) daxil olan dövri elmi nəşrlərin siyahısının müəyyənləşdirilməsi və Komissiyaya tövsiyələrin hazırlanması;

    - yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasının və “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə

elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”nun təkmilləşdirilməsinə,elmi ixtisasların pasportlarının və doktorluq imtahanlarının proqramlarına dair Komissiyaya tövsiyələrin hazırlanması;

  - dissertasiya şuralarının yaradılması, yenidən təsdiq olunması və tərkibində qismən dəyişiklik edilməsi ilə bağlı Komissiya tərəfindən təqdim edilən müvafiq sənədlərə baxılması və onların müvafiq tələblərə uyğun olmasına dair Komissiyaya tövsiyələrin hazırlanması;

   - dissertasiya şuralarının və elmi adlar verilməsi üçün vəsatət qaldıran elmi (elmi-texniki) şuraların fəaliyyətinin təhlil edilməsi

və ümumiləşdirilməsi əsasında Komissiyaya tövsiyələrin hazırlanması;

   - dissertasiyaların nəticələrinin təhlili, onların elmi-texniki və sosial-iqtisadi tərəqqinin mühüm istiqamətlərinə uyğunluğunun qiymətləndirilməsi,

nəticələrinə dair analitik, icmal xarakterli və digər materialların hazırlanması;

   - elmi-tədqiqat işlərinin nəticələrinin beynəlxalq səviyyədə qiymətləndirilməsi məqsədilə həmin işlərin xarici ölkələrə ekspertizaya göndərilməsinə

dair tövsiyələrin hazırlanması;

   - Komissiyanın qərarı ilə digər vəzifələrin yerinə yetirilməsi.

     Ekspert şuralarının vəzifələrindən irəli gələn aşağıdakı hüquqları vardır:

  - elmi dərəcə və elmi ad iddiaçılarını, elmi rəhbər və elmi məsləhətçiləri, dissertasiya şuralarının və elmi seminarların sədrlərini,

rəsmi opponentləri, dissertasiyaların ilkin müzakirələrinin keçirildiyi elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin rəhbərlərini və digər yüksəkixtisaslı mütəxəssisləri Komissiyanın qərarına əsasən öz iclaslarına dəvət etmək;

  - dissertasiyaların digər elmi müəssisə və təşkilatlara, ali təhsil müəssisələrinə və ya müvafiq ixtisas üzrə yüksəkixtisaslı mütəxəssislərə

rəyə göndərilməsi üçün Komissiyaya tövsiyələr hazırlamaq;

  - Komissiya tərəfindən müəyyən edilmiş qaydada dissertasiya şuralarının iclaslarında və onların fəaliyyətinin yoxlanılmasında iştirak etmək;

 - ekspert şurasında müvafiq ixtisas (ixtisaslar) üzrə mütəxəssis olmadıqda və ya əlavə ekspertizanın keçirilməsinə zərurət yarandıqda

Komissiyanın qərarı ilə digər yüksəkixtisaslı mütəxəssisləri ekspert şurasının fəaliyyətinə cəlb etmək;

 - Komissiya tərəfindən müəyyən edilmiş qaydada elmi müəssisələrin (təşkilatların) akkreditasiyası üçün təqdim olunmuş sənədlərin

ekspertizasının aparılmasında iştirak etmək;

   - Komissiyanın qərarı ilə digər hüquqları həyata keçirmək.

     Ekspert şuralarının formalaşdırılması:

  - ekspert şuralarının formalaşdırılması, onların səlahiyyət müddəti, tərkibinin müəyyən edilməsi və ya dəyişdirilməsi haqqında qərar Komissiya tərəfindən qəbul edilir;

  - ekspert şuraları Komissiya tərəfindən “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair

ixtisasların nomenklaturu”na uyğun olan bir və ya bir neçə elm sahəsi üzrə 3 (üç) ilədək müddətə yaradılır;

 - ekspert şuralarının tərkibinə müvafiq elm sahəsində fəal elmi tədqiqatlar aparan və elmi, elmi-pedaqoji və yaradıcılıq nailiyyətləri olan

yüksəkixtisaslı mütəxəssislər yazılı razılıqları alınmaqla daxil edilirlər;

  - ekspert şurası sədrdən, sədr müavinindən (müavinlərindən), elmi katibdən və ekspert şurasının adları açıqlanan və açıqlanmayan üzvlərindən

ibarət tərkibdə yaradılır;

  - ekspert şurası sədrinin müvafiq elm sahəsində elmlər doktoru elmi dərəcəsi olmalıdır;

  - ekspert şurasına eyni şəxs fasiləsiz olaraq 6 (altı) ildən çox rəhbərlik edə bilməz;

 - qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, nəzdində dissertasiya şurası fəaliyyət göstərən elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin rəhbərləri ekspert şuralarının sədri və sədr müavinləri ola bilməzlər;

  - komissiya Aparatının əməkdaşları, Komissiyanın Rəyasət Heyəti və Kollegiyasının üzvləri, elmi dərəcələr verilməsində fəaliyyətinə

Komissiyanın məhdudiyyət qoyduğu şəxslər ekspert şurasının üzvü ola bilməzlər;

  - dissertasiya şuralarının üzvləri ekspert şurasının adları açıqlanan üzvü ola bilməzlər;

  - dissertasiya şuralarının sədrləri və sədr müavini (müavinləri), elmi katibləri istisna olmaqla dissertasiya şurasının digər üzvləri

ekspert şurasının adları açıqlanmayan üzvləri ola bilərlər;

  - ekspert şuralarının tərkibi təsdiq edilmək üçün Komissiyanın sədri tərəfindən Rəyasət Heyətinə təqdim olunur;

  - ekspert şurası üzvlərinin əməyinin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 noyabr tarixli 447 nömrəli Qərarı ilə

təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi Qaydası” əsasında həyata keçirilir;

  - ekspertiza işlərinə cəlb edilən ekspertlərin əməyinin ödənilməsi məqsədi ilə Komissiya ilə ekspert şurasının tərkibinə daxil edilən hər bir ekspert

arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənən müqavilə bağlanılır;

  - ekspert şurasının üzvü Komissiya tərəfindən müəyyən edilmiş tələblərə riayət etməsinə, Komissiyaya təqdim edilən rəylərin keyfiyyətinə görə məsuliyyət daşıyır;

  - ekspert şurasının üzvü qanunilik, obyektivlik və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla vəzifələrini yerinə yetirdiyi

dövrdə maraqların toqquşmasına yol verməməlidir və öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir;

  - ekspert şurasının üzvü vəzifələrini yerinə yetirdiyi dövrdə əldə etdiyi məlumatları, dissertasiya və attestasiya işində olan materialları və digər

sənədləri (məlumatları) şəxsi maraqları üçün istifadə edə, iddiaçıya və ya üçüncü tərəfə verə bilməz;

  - ekspert şurası üzvünün səlahiyyətlərinin icrası ilə bağlı imkanlardan istifadə etməklə maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər

əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.

Ekspert tərəfindən elmi dərəcə iddiaçısının dissertasiya və attestasiya sənədlərinin ekspertizası nəticəsində hazırlanan rəydə aşağıdakılar əks olunmalıdır:

  - iddiaçının adı, soyadı, dissertasiyanın mövzusu, ixtisas şifri və adı;

  - dissertasiyanın mövzusu və məzmununun, müdafiəyə çıxarılan elmi nəticələrinin və müddəalarının iddia olunan ixtisasa uyğunluğu;

  - dissertasiyada tədqiq olunan problemin təklif olunan yeni həllinə münasibət;

  - dissertasiya mövzusunun aktuallığına münasibət;

  - dissertasiyada qeyd olunan tədqiqat üsullarının dissertasiyanın məqsəd, vəzifə və nəticələrinə uyğunluğu;

  - dissertasiyada müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə (elmi plagiat) hallarının

mövcudluğunun qiymətləndirilməsi;

  - avtoreferatın dissertasiyanın əsas məzmununu əks etdirməsi;

  - dissertasiyanın və attestasiya sənədlərinin “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələbərinə uyğun qaydada tərtibi;

  - dissertasiya müdafiəsinin müvafiq tələblərə uyğun keçirilməsinin müəyyən edilməsi (protokolun və ya digər attestasiya sənədlərinin təhlili əsasında);

  - dissertasiya şurasının dissertasiyaya dair yekun rəyinin əsaslılığının qiymətləndirilməsi;

  - iddiaçının dissertasiya mövzusuna dair dərc olunmuş elmi əsərlərinin “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğunluğu;

  - iddiaçının elmlər doktoru dissertasiyası ilə onun fəlsəfə doktoru dissertasiyası arasında oxşarlığı (varsa, oxşarlıq  və onun elmi nəticə və yeniliklərdə təkrarlanma dərəcəsi);

  - elmi nəticələrin dürüstlük dərəcəsi, nəzəri və praktiki əhəmiyyəti, iqtisadi səmərəsi, tətbiq olunma sahələri və istifadə imkanları;

  - iddiaçının sənədlərinin müvafiq elmi dərəcə almaq üçün qoyulan digər tələblərə uyğunluğu.

Ekspert tərəfindən elmi ad iddiaçısının attestasiya sənədlərinin ekspertizası nəticəsində hazırlanan rəydə aşağıdakılar əks olunmalıdır:

  - iddiaçının adı, soyadı, vəsatət qaldıran elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsinin tam adı;

  - iş yeri, vəzifəsi, təyin olunduğu və ya seçildiyi tarix;

  - iddia olunan elmi adın ixtisas şifri və adı;

  - fəlsəfə doktoru elmi dərəcəsi aldığı tarix, müdafiə etdiyi dissertasiyanın mövzusu, ixtisas şifri və adı;

  - elmlər doktoru elmi dərəcəsi aldığı tarix, müdafiə etdiyi dissertasiyanın mövzusu, ixtisas şifri və adı;

  - elmi, elmi-pedaqoji və ya yaradıcılıq sahəsində iş stajı;

  - elmi adı və onun verilmə tarixi;

  - elmi əsərlərinin sayı;

  - müdafiədən sonra dərc olunmuş elmi və tədris-metodiki işlərinin sayı;

  - elmi məqalələrdə, monoqrafiyada, tədris-metodiki iş və ya işlərdə, məruzə və tezislərdə müəllifinə və mənbəyinə istinad verilmədən

digər müəlliflərin materiallarından istifadə (elmi plagiat) hallarının mövcudluğunun qiymətləndirilməsi;

  - elmi rəhbərliyi və ya elmi məsləhətçiliyi ilə hazırladığı fəlsəfə doktorlarının və ya elmlər doktorlarının sayı;

  - mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahəsində əhəmiyyətli nailiyyətləri;

  - iddiaçının sənədlərinin müvafiq elmi ad almaq üçün qoyulan digər tələblərə uyğunluğu.

 

 

                                                   

               

                                                                                Azərbaycan Respublikasının Prezidenti yanında

                                                            Ali Attestasiya Komissiyası nəzdində elm sahələri üzrə fəaliyyət göstərən

                                                                                                           EKSPERT ŞURALARI

 

                                                         

                                                            1. BİOLOGİYA və AQRAR elmlər

                                                            2. FƏLSƏFƏ, PSİXOLOGİYA, SOSİOLOGİYA və SİYASİ elmlər

                                                            3. FİLOLOGİYA elmləri və PEDAQOGİKA

                                                            4. FİZİKA və ASTRONOMİYA

                                                            5. HÜQUQ elmləri

                                                            6. İQTİSAD elmləri

                                                            7. KİMYA

                                                            8. RİYAZİYYAT və MEXANİKA

                                                            9. SƏNƏTŞÜNASLIQ və MEMARLIQ

                                                            10.TARİX və ANTROPOLOGİYA

                                                            11.TEXNİKA elmləri

                                                            12. TİBB və ƏCZAÇILIQ elmləri

                                                            13. YER elmləri və COĞRAFİYA