Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri
Famil Front oğlu Mustafayev
İqtisad elmləri doktoru, professor
18 sentyabr 1966-cı ildə Salyan rayonunda anadan olmuşdur.
Təhsili:
1984-1989-cu illərdə Rusiya Federasiyası Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyəti:
1989-1992-ci illərdə Azərbaycan Texniki Universitetində “Siyasi iqtisad” kafedrasında müəllim,
1992-2000-ci illərdə iqtisadiyyat sahəsində bir sıra nazirlik və dövlət komitələrində məsul vəzifələrdə işləmişdir.
2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi nəzəriyyə-2” kafedrasının baş müəllimi,
2004-2015-ci illərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini,
2015-2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri,
2016-2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifələrində çalışmışdır.
2018-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin vəzifələrini icra edən sədr müavini işləmişdir.
2019-cu ilin 21 iyun tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.
Elmi-pedaqoji fəaliyyəti:
1989-1992-ci illərdə Azərbaycan Texniki Universitetində müəllim, 2001-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim, 2009-2014-cü illərdə dosent, 2014-2019-cu illərdə professor vəzifələrində çalışmışdır.
1998-ci ildə “Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək İqtisad elmləri namizədi elmi dərəcəsini,
2010-cu ildə “Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək İqtisad üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2009-cu ildə dosent elmi adını, 2014-cü ildə professor elmi adını almışdır.
60-dan çox elmi əsərin - məqalə, dərslik, dərs vəsaitləri, tədris proqramları və iki monoqrafiyanın müəllifidir.
Ailəlidir, iki övladı var.