Bağla


Sədr müavini

Nigar Ağabala qızı Ağayeva

Biologiya elmləri doktoru, professor

 

30 iyul 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Təhsili:

1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsi üzrə bakalavr, 1994–1998-ci illərdə “Mikrobiologiya” ixtisası üzrə aspirantura təhsili almışdır.

 

Əmək fəaliyyəti:

2002–2022-ci illərdə Azərbaycan Tibb Universitetində Tibbi mikrobiologiya və immunologiya  kafedrasında stajor müəllim, assistent, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır.

 

2022–2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.

2025-ci ilin 17 yanvar tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavinidir.

 

Elmi-pedaqoji fəaliyyəti:

2010–2022-ci illərdə Azərbaycan Tibb Universitetində dosent və professor vəzifələrində çalışmışdır.

2000-ci ildə “Lənkəran təbii vilayətinin bəzi torpaqlarında yayılmış aktinomisetlərin vertikal zonallıq üzrə öyrənilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, 2414.01 – “Mikrobiologiya” ixtisası  üzrə biologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.

2013-cü ildə “Müxtəlif mənbələrdən alınmış aktinomisetlər və onların xəstəlik törədən formalarının mikrobioloji səciyyələndirilməsi” doktorluq dissertasiyasını müdafiə edərək, 2414.01 – “Mikrobiologiya” ixtisası  üzrə biologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2014-cü ildə dosent elmi adını, 2019-cu ildə isə professor elmi adını almışdır.

200-dən çox elmi əsərin – məqalə, konfrans materialları, 1 patent, 2 monoqrafiya, 2 dərslik və 1 dərs vəsaitinin müəllifidir.

 

Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyinin, İnfeksiya sahəsində Rusiya Federasiyasının ekspertlər birliyinin, Amerika Mikrobioloqlar Cəmiyyətinin və European Congress of Clinical Microbiology and Infectious Diseases (ESCMID)-in üzvüdür.

 

Ailəlidir.

Nigar Ağayeva