Bağla


09 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda 9 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 12 iddiaçıya diplomlar və attestatlar təqdim edilib. Riyaziyyat, texnika elmləri, filologiya elmləri, tibb elmləri, memarlıq, psixologiya və tarix üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 9 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub. İqtisad elmləri sahəsində “Ümumi iqtisadiyyat”, texnika elmləri sahəsində “Aqromühəndislik” və fəlsəfə elm sahəsində “Fəlsəfi antropologiya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.

Elmi dərəcə iddiaçılarına elmlər doktoru elmi dərəcəsinin və elmi ad iddiaçılarına professor elmi adının verilməsi məsələlərinə baxılıb.

Müxtəlif elm sahələri üzrə dissertasiya şuraları yaradılıb və bəzi dissertasiya şuralarının tərkibində dəyişikliklər edilib.


09.06.2023





Digər xəbərlər