Bağla


21 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 40 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Fizika, kimya, biologiya elmləri, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, tarix, filologiya elmləri, pedaqogika və psixologiya üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 19 iddiaçıya fəlsəfə doktoru diplomları, Rusiya Federasiyası Elm və Ali təhsil Nazirliyinin N.N.Bloxin adına Milli Tibbi Onkoloji Tədqiqat Mərkəzində tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Türkiyə Respublikası İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Tibb elmləri sahəsində “Patoloji fiziologiya” ixtisası üzrə 2, “Cərrahlıq” ixtisası üzrə 1, filologiya elmləri sahəsində “Folklorşünaslıq” ixtisası üzrə 2, “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə 1, iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı” ixtisası üzrə 2, siyasi elmlər sahəsində “Beynəlxalq münasibətlər” ixtisası üzrə 2, texnika elmləri sahəsində “Telekommunikasiya texnologiyası”, “Metallurgiya texnologiyası”, biologiya elmləri sahəsində “Mikrobiologiya”, aqrar elmlər sahəsində “Baytarlıq sanitariyası, zoogigiyena və baytarlıq sanitar- ekspertizası”, hüquq elmləri sahəsində “Beynəlxalq hüquq; insan hüquqları”, pedaqogika elm sahəsində “Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası”, psixologiya elm sahəsində “Sosial psixologiya”, sosiologiya elm sahəsində “Sosial problemlər”, memarlıq elm sahəsində “Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


21.05.2024





Digər xəbərlər