15 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 16 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Riyaziyyat, fizika, kimya, yer elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, coğrafiya, filologiya elmləri və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 27 iddiaçıya fəlsəfə doktoru diplomları, kimya, biologiya elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, filologiya elmləri və pedaqogika üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 21 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikası İstanbul Universitetinin Cərrahpaşa, Məhkəmə Təbabəti və Məhkəmə Elmləri İstitutunda biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Çexiya Respublikası Kimya Texnologiya Universitetində biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Türkiyə Respublikası Dokuz Eylül Universitetində tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədilərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Texnika elmləri sahəsində “Maşınqayırma texnologiyası”, “İstilik texnikasının nəzəri əsasları”, riyaziyyat elm sahəsində “Diferensial təniklər”, biologiya elmləri sahəsində “Botanika”, filologiya elmləri sahəsində “Dünya ədəbiyyatı (ABŞ ədəbiyyatı)”, tarix elm sahəsində “Vətən tarixi” və sənətşünaslıq elm sahəsində “Musiqi sənəti” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent, fizika elm sahəsində “Yarımkeçiricilər fizikası”, “Bərk cisimlər fizikası”, tibb elmləri sahəsində “Cərrahlıq”, iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı”, biologiya elmləri sahəsində “Zoologiya”, texnika elmləri sahəsində “Kompüter elmləri”, siyasi elmlər sahəsində “Beynəlxalq münasibətlər”, psixologiya elm sahəsində “Ümumi psixologiya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.
Digər xəbərlər