2 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 14 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 60 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Riyaziyyat, fizika, kimya, biologiya elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, tarix, hüquq elmləri, filologiya elmləri, pedaqogika, psixologiya və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 42 iddiaçıya fəlsəfə doktoru diplomları, tarix üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 1 iddiaçıya elmlər doktoru diplomu, Türkiyə Respublikası İstanbul Selçuk Universitetinin Sosial Elmlər İstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.
Filologiya elmləri sahəsində “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə 2, “Türk xalqları ədəbiyyatı”, “Azərbaycan dili”, “German dilləri”, “Folklorşünaslıq” ixtisaslarının hər biri üzrə 1, tibb elmləri sahəsində “Daxili xəstəliklər”, “Sinir xəstəlikləri”, “Cərrahlıq”, aqrar elmlər sahəsində “Bitkilərin mühafizəsi”, “Bitkiçilik”, “Aqrokimya”, biologiya elmləri sahəsində “Mikrobiologiya”, kimya elm sahəsində “Neft kimyası”, fizika elm sahəsində “Yarımkeçiricilər fizikası” və texnika elmləri sahəsində “Nəqliyyat sistemləri texnologiyası” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Digər xəbərlər