Bağla


18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 12 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 30 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Riyaziyyat, kimya, biologiya elmləri, texnika elmləri, iqtisad elmləri, siyasi elmlər, psixologiya və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 19 iddiaçıya fəlsəfə doktoru diplomları, Avstraliya Qərbi Sidney Universitetində əczaçılıq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Avstraliya Ballarat Universitetində texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Texnika elmləri sahəsində “Sistemli analiz idarəetmə və informasiyanın işlənməsi (informasiya texnologiyaları üzrə)”, “Quyuların qazılması texnologiyası”, “Neft və qaz yataqlarının işlənməsi və istismarı”, iqtisad elmləri “Müəssisələrin təşkili və idarə olunması”, fizika elm sahəsində “Bərk cisimlər fizikası”, kimya elm sahəsində “Üzvi kimya”, filologiya elmləri sahəsində “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik”, tarix elm sahəsində “Vətən tarixi” və psixologiya elm sahəsində “Sosial psixologiya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


18.10.2024





Digər xəbərlər