30 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 10 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 33 iddiaçıya diplomlar və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Biologiya elmləri, texnika elmləri, iqtisad elmləri, filologiya elmləri, pedaqogika və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 20 iddiaçıya fəlsəfə doktoru, Türkiyə Respublikasının Necmettin Erbakan Universitetinin Təhsil Elmləri İnstitutunda pedaqogika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Almaniya Federativ Respublikasının Martin Lüter Adına Halle-Vittenberq Universitetində hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, İtaliya Respublikasının Roma Sapienza Universitetində texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Çin Xalq Respublikasının Nanjing Tibb Universitetində tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (Universitetində) siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Sənətşünaslıq elm sahəsində “Musiqi sənəti” ixtisası üzrə 2, aqrar elmlər sahəsində “Dərman və efir yağlı bitkilər”, “Tərəvəzçilik”, “Ekologiya”, biologiya elmləri sahəsində “Botanika” və filologiya elmləri sahəsində “Dil nəzəriyyəsi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Digər xəbərlər