Bağla


30 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 56 iddiaçıya diplomlar və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Astronomiya, fizika, kimya, biologiya elmləri, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, coğrafiya, tarix, filologiya elmləri, pedaqogika, siyasi elmlər və psixologiya üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 27 iddiaçıya fəlsəfə doktoru, biologiya elmləri, texnika elmləri, filologiya elmləri və siyasi elmlər üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 6 iddiaçıya elmlər doktoru diplomu, Türkiyə Respublikasının İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Konya Texniki Universitetində texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Fransa Respublikasının Strasburq Universitetində yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Filologiya elmləri sahəsində “German dilləri” ixtisası üzrə 2, “Azərbaycan ədəbiyyatı”, “Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı)”, “Dil nəzəriyyəsi”, pedaqogika elm sahəsində “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (ingilis dilinin tədrisi metodikası)”, “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (rus dilinin tədrisi metodikası)”, “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (informatikanın tədrisi metodikası)”, “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (fiziki tərbiyənin tədrisi metodikası)”, fizika elm sahəsində “Nəzəri fizika”, “Kristalloqrafiya, kristallar fizikası”, biologiya elmləri sahəsində “Mikrobiologiya”, “Mikologiya”, texnika elmləri sahəsində “Toxuculuq və yüngül sənaye materiallarının və məhsullarının texnologiyası”, “İstehsalın təşkili (inşaatda)”, kimya elm sahəsində “Neft kimyası”, “Fiziki kimya”, tibb elmləri sahəsində “Kardiologiya”, aqrar elmlər sahəsində “Xüsusi zootexniya, heyvandarlıq məhsullarının istehsalı texnologiyası” və iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


30.10.2026





Digər xəbərlər