Bağla


30 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 19 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Fizika, kimya, biologiya elmləri, yer elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, coğrafiya, tarix, hüquq elmləri, filologiya elmləri, pedaqogika, siyasi elmlər, psixologiya və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 42 iddiaçıya fəlsəfə doktoru, biologiya elmləri, texnika elmləri, iqtisad elmləri, coğrafiya, tarix, filologiya elmləri, pedaqogika və sənətşünaslıq üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 11 iddiaçıya elmlər doktoru diplomları, Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikası İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Ukraynanın Xerson Dövlət Aqrar Universitetində aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Türkiyə Respublikası Uludağ Universitetinin Sosial Elmlər İnstitutunda fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Kimya elm sahəsində “Qeyri-üzvi kimya”, biologiya elmləri sahəsində “Genetika”, iqtisad elmləri sahəsində “Ekonometriya; iqtisadi statistika”, hüquq elmləri sahəsində “Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti”, riyaziyyat elm sahəsində “Analiz və funksional analiz”, fizika elm sahəsində “Bərk cisimlər fizikası” və mexanika elm sahəsində “Deformasiya olunan bərk cisim mexanikası” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, kimya elm sahəsində “Qeyri-üzvi kimya” və tarix elm sahəsində “Vətən tarixi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


30.12.2025





Digər xəbərlər