3 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 11 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 36 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Kimya, biologiya elmləri, aqrar elmlər, tibb elmləri, iqtisad elmləri, tarix, filologiya elmləri, sənətşünaslıq, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 24 iddiaçıya fəlsəfə doktoru, tibb elmləri, iqtisad elmləri, filologiya elmləri, pedaqogika, milli təhlükəsizlik və hərbi elmlər üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 7 iddiaçıya elmlər doktoru diplomları, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (Universitetində) hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.
Aqrar elmlər sahəsində “Bitkiçilik”, iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı”, milli təhlükəsizlik və hərbi elmlər sahəsində “Hərbi xüsusi elmlər” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, milli təhlükəsizlik və hərbi elmlər sahəsində, “Hərbi nəzəri elmlər” ixtisası üzrə 1 iddiaçıya professor attestatı təqdim edilib.
Digər xəbərlər