2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 19 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 91 iddiaçıya diplomlar və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Riyaziyyat, astronomiya, kimya, biologiya elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, coğrafiya, tarix, hüquq elmləri, filologiya elmləri, pedaqogika, siyasi elmlər, psixologiya, fəlsəfə və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 61 iddiaçıya fəlsəfə doktoru, texnika elmləri və tarix üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 4 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikasının İhsan Doğramacı Bilkent Universitetinin İqtisadiyyat və Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Macarıstanın Szeged Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Ukraynanın Regionlararası Heyətin İdarə Edilməsi Akademiyasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Qətər Dövlətinin Hamad Bin Xalifa Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikası İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Dokuz Eylül Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Ukraynanın Ali Attestasiya Komissiyası tərəfindən filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının İstanbul Aydın Universitetində sosiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Akdeniz Universitetinin Sosial Elmlər İnstitutunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının İstanbul Universitetinin Səhiyyə Elmləri İnstitutunda biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Kimya elm sahəsində “Neft kimyası” ixtisası üzrə 2, iqtisad elmləri sahəsində “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə 2, “Daxili fiskal siyasət və dövlət maliyyəsi”, “Sahə iqtisadiyyatı” ixtisaslarının hər biri üzrə 1, tibb elmləri sahəsində “Şüa diaqnostikası və terapiyası”, siyasi elmlər sahəsində “Beynəlxalq münasibətlər”, fizika elm sahəsində “Yarımkeçiricilər fizikası”, sənətşünaslıq elm sahəsində “Muzeyşünaslıq”, filologiya elmləri sahəsində “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, biologiya elmləri sahəsində “Parazitologiya”, aqrar elmlər sahəsində “Seleksiya və toxumçuluq”, texnika elmləri sahəsində “Maşınqayırma texnologiyası” və iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.
Digər xəbərlər