19 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 14 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 75 iddiaçıya diplomlar və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi ad haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Fizika, kimya, biologiya elmləri, yer elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, coğrafiya, tarix, filologiya elmləri və pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 48 iddiaçıya fəlsəfə doktoru, kimya, texnika elmləri, coğrafiya və sənətşünaslıq üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 5 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikasının İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Çin Xalq Respublikasının Çin Renmin Universitetində siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Kahramanmaraş Sütçü İmam Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Çex Respublikasının Masarik Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Ankara Universitetinin Sosial Elmlər İnstitutunda filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Qaradəniz Texniki Universitetində sənətşünaslıq elm sahəsi üzrə professor elmi adı verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Ege Universitetində riyaziyyat elm sahəsi üzrə professor elmi adı verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Filologiya elmləri sahəsində “German dilləri” ixtisası üzrə 3, “Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı)” ixtisası üzrə 1, “Folklorşünaslıq” ixtisası üzrə 1, sənətşünaslıq elm sahəsində “Musiqi sənəti” ixtisası üzrə 2, kimya elm sahəsində “Üzvi kimya”, “Makromolekullar kimyası”, aqrar elmlər sahəsində “Seleksiya və toxumçuluq”, texnika elmləri sahəsində “Neft-qaz-daş kömür emalı və texnologiyası”, biologiya elmləri sahəsində “Mikrobiologiya”, tarix elm sahəsində “Etnoqrafiya və etnologiya” və pedaqogika elm sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, kimya elm sahəsində “Qeyri-üzvi kimya” ixtisası üzrə 1 iddiaçıya professor attestatı təqdim edilib.
Digər xəbərlər