Bağla


24 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 12 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 49 iddiaçıya diplomlar və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Fizika, kimya, biologiya elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, hüquq elmləri, filologiya elmləri, pedaqogika, sənətşünaslıq, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 42 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyə Respublikasının İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Macarıstan Respublikasının Budapeşt Korvinus Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Muğla Sıtkı Koçman Universitetinin Təbiət Elmləri İnstitutunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Tibb elmləri sahəsində “Anesteziologiya və reanimatologiya”, iqtisad elmləri sahəsindəİqtisadi nəzəriyyə”, milli təhlükəsizlik və hərbi elmlər sahəsindəHərbi xüsusi elmlər” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


24.04.2026





Digər xəbərlər