28 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 8 elm sahəsi üzrə elmi ad almış 23 iddiaçıya attestatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Tarix elm sahəsində “Ümumi tarix” ixtisası üzrə 2, filologiya elmləri sahəsində “German dilləri” ixtisası üzrə 2, “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik”, “Türk xalqları ədəbiyyatı”, “Türk dilləri”, “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid”, “Dil nəzəriyyəsi”, “Azərbaycan ədəbiyyatı”, “Mətnşünaslıq, mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması)”, “Folklorşünaslıq”, pedaqogika elm sahəsində “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (musiqinin tədrisi metodikası)”, “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (riyaziyyatın tədrisi metodikası)”, “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi”, biologiya elmləri sahəsində “İnsan və heyvan fiziologiyası”, “Mikrobiologiya”, texnika elmləri sahəsində “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (informasiya texnologiyaları üzrə)”, “Metallurgiya texnologiyası”, aqrar elmlər sahəsində “Torpaqşünaslıq”, “Meyvəçilik və üzümçülük”, kimya elm sahəsində “Makromolekullar kimyası”, coğrafiya elm sahəsində “İqtisadi coğrafiya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Digər xəbərlər