15 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 17 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 71 iddiaçıya diplomlar və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi ad haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Riyaziyyat, kimya, biologiya elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, tarix, hüquq elmləri, filologiya elmləri, pedaqogika, siyasi elmlər, psixologiya, fəlsəfə və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 31 iddiaçıya fəlsəfə doktoru, kimya, biologiya elmləri, texnika elmləri, iqtisad elmləri, hüquq elmləri və fəlsəfə üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 8 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikasının Yıldız Teknik Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Anadolu Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Macarıstanın Pannoniya Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Ankara Universitetinin Sosial Elmlər İnstitutunda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Rusiya Federasiyasının İmperatriçə II Yekaterina adına Sankt-Peterburq Dağ-Mədən Universitetində texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Marmara Universitetinin Sosial Elmlər İnstitutunda fəlsəfə elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Akdeniz Universitetinin Texniki və Tətbiqi Elmlər İnstitutunda texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Ukraynanın Təhsil və Elm Nazirliyində aqrar elmlər üzrə dosent elmi adı verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Qazi Universitetində fizika elm sahəsi üzrə professor elmi adı verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Filologiya elmləri sahəsində “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə 2, “Dil nəzəriyyəsi” ixtisası üzrə 2, “German dilləri”, “Dünya ədəbiyyatı (yapon ədəbiyyatı)”, “Sami dilləri”, “Türk xalqları ədəbiyyatı”, “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik”, “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid”, “Türk dilləri”, “Folklorşünaslıq” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya, pedaqogika elm sahəsində “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (coğrafiyanın tədrisi metodikası)”, “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (rus dilinin tədrisi metodikası)”, “Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası”, coğrafiya elm sahəsində “İqtisadi coğrafiya”, kimya elm sahəsində “Neft kimyası”, iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı”, tarix elm sahəsində “Ümumi tarix”, fəlsəfə elm sahəsində “Sosial fəlsəfə” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, fizika elm sahəsində “Bərk cisim elektronikası, radioelektron komponentləri, mikro və nanoelektronika”, iqtisad elmləri sahəsində “Müəssisələrin təşkili və idarə olunması” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.
Digər xəbərlər