9 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 17 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 53 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Biologiya elmləri, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, tarix, hüquq elmləri, filologiya elmləri, sosiologiya, fəlsəfə və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 21 iddiaçıya fəlsəfə doktoru, fizika, kimya, tibb elmləri və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 9 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikasının Erciyes Universiteti Səhiyyə Elmləri İnstitutunda tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 2 iddiaçıya, Türkiyə Respublikasının İstanbul Universiteti-Cərrahpaşa, Məhkəmə Təbabəti və Məhkəmə Elmləri İnstitutunda psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının İstanbul Universiteti Dəqiq Elmlər İnstitutunda yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Kimya elm sahəsində “Qeyri-üzvi kimya” ixtisası üzrə 2, tibb elmləri sahəsində “Kardiologiya”, “Travmatologiya və ortopediya”, “Patoloji anatomiya”, “Pediatriya”, tarix elm sahəsində “Vətən tarixi”, “Beynəlxalq münasibətlər tarixi”, fəlsəfə elm sahəsində “Sosial fəlsəfə”, “Fəlsəfə tarixi”, pedaqogika elm sahəsində “Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası”, “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi”, aqrar elmlər sahəsində “Aqrokimya”, filologiya elmləri sahəsində “Azərbaycan ədəbiyyatı”, coğrafiya elm sahəsində “Geomorfologiya”, sənətşünaslıq elm sahəsində “Teatr sənəti” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, yer elmləri sahəsində “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı”, “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları”, iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.

Digər xəbərlər