1 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 57 iddiaçıya diplomlar və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Fizika, kimya, biologiya elmləri, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, tarix, hüquq elmləri, filologiya elmləri, pedaqogika, siyasi elmlər, sənətşünaslıq, fəlsəfə və sosiologiya üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 36 iddiaçıya fəlsəfə doktoru, iqtisad elmləri və tarix üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 2 iddiaçıya elmlər doktoru diplomları, Almaniya Federativ Respublikasının Berlin Charite Tibb Universitetində tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Almaniya Federativ Respublikasının Siegen Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Rusiya Federasiyasının M.V.Lomonosov adına Moskva Dövlət Universitetində hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetində siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Rumıniyanın Braşov Transilvaniya Universitetində texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Fransa Respublikasının Bretagne-Sud Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Kimya elm sahəsində “Neft kimyası” ixtisası üzrə 2, “Kimyəvi kinetika və kataliz”, “Qeyri-üzvi kimya”, texnika elmləri sahəsində “Neft və qaz yataqlarının işlənməsi və istismarı”, siyasi elmlər sahəsində “Siyasi nəzəriyyə”, tarix elm sahəsində “Vətən tarixi” və sənətşünaslıq elm sahəsində “Musiqi sənəti” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, biologiya elmləri sahəsində “Botanika”, texnika elmləri sahəsində “Maşınlar, avadanlıqlar və proseslər”, tarix elm sahəsində “Vətən tarixi” və siyasi elmlər sahəsində “Siyasi institutlar və sistemlər” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.
Digər xəbərlər