Bağla


3 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 11 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 55 iddiaçıya diplomlar və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Riyaziyyat, fizika, biologiya elmləri, aqrar elmlər, texnika elmləri, iqtisad elmləri, tarix, filologiya elmləri, pedaqogika, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 28 iddiaçıya fəlsəfə doktoru, biologiya elmləri, filologiya elmləri və pedaqogika üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 6 iddiaçıya elmlər doktoru diplomları, Fransa Respublikasının Strasburq Universitetində kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikasının Ondokuz Mayıs Universitetində texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Filologiya elmləri sahəsində “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisası üzrə 2, “Dil nəzəriyyəsi” ixtisası üzrə 2, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı”, “İqtisadi fəaliyyət növləri”, “Ümumi iqtisadiyyat”, texnika elmləri sahəsində “İnformasiya-ölçmə və idarəetmə sistemləri (dəniz neft-mədənləri üzrə)”, “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (informasiya texnologiyaları üzrə)”, “Ekologiya”, pedaqogika sahəsindəTəlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədrisi metodikası)”, “Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası”, biologiya elmləri sahəsindəBiokimya”, “Radiobiologiya”, riyaziyyat elm sahəsindəAnaliz və funksional analiz”, fizika elm sahəsində “Bərk cisimlər fizikası” və kimya elm sahəsində “Neft kimyası” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


03.07.2026





Digər xəbərlər