30 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə almış iddiaçılara diplomların və xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə 15 elm sahəsi üzrə 43 nəfərə diplomlar və şəhadətnamələr təqdim edilib.
Tibb, iqtisad, filologiya, riyaziyyat, tarix, texnika, fizika, biologiya, fəlsəfə, peadaqogika, sənətşünaslıq, kimya və aqrar elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 28 iddiaçıya fəlsəfə doktoru diplomları, tibb, aqrar, riyaziyyat və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 4 iddiaçıya elmlər doktoru diplomları, Avstriya Respublikasında və Gürcüstanda texnika elmləri, Rusiya Federasiyasında hüquq elmləri üzrə elmi dərəcə verilmiş 3 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Tarix, sənətşünaslıq və pedaqogika elmləri sahəsində 4 iddiaçıya müvafiq ixtisaslar üzrə dosent attestatları təqdim edilib.
AAK sədri tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, onlara elmi və elmi-pedaqoji fəaliyyətlərində yeni nailiyyətlər arzulamışdır.
Digər xəbərlər