Bağla


4 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 11 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 29 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

İqtisad, texnika, riyaziyyat, fizika, tibb, biologiya, pedaqogika və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 14 iddiaçıya fəlsəfə doktoru diplomları, filologiya, tibb, biologiya və yer elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 5 iddiaçıya elmlər doktoru diplomları, Gürcüstan Respublikasının İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.

Filologiya elmləri sahəsində “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik”, “German dilləri”, “Dünya ədəbiyyatı (fransız ədəbiyyatı)” və “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid” ixtisasları üzrə 4 iddiaçıya, siyasi elmlər sahəsində “Siyasi nəzəriyyə”, biologiya elmləri sahəsində “Mikologiya” və sənətşünaslıq sahəsində “Musiqi sənəti” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, tibb elmləri sahəsində “Anesteziologiya və reanimatologiya” və “Cərrahlıq” ixtisasları üzrə 2 iddiaçıya professor attestatları təqdim edilib.


04.02.2022





Digər xəbərlər