Bağla


9 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 13 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 37 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

İqtisad, texnika, riyaziyyat, fizika, kimya, tibb, biologiya, aqrar, coğrafiya, pedaqogika və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 20 iddiaçıya fəlsəfə doktoru diplomları, coğrafiya və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 2 iddiaçıya elmlər doktoru diplomları, Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi tərəfindən hüquq elmləri üzrə fəlsəfə doktoru, Qırğızıstan Respublikasının Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri üzrə elmlər doktoru elmi dərəcəsi verilmiş 2 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Pedaqogika sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə 4 iddiaçıya, iqtisad elmləri sahəsində “İqtisadi fəaliyyət növləri”, aqrar elmləri sahəsində “Parazitologiya”, texnika elmləri sahəsində “Gəmiqayırma və gəmi təmiri texnologiyası”, riyaziyyat elmləri sahəsində “Diferensial tənliklər”, tibb elmləri sahəsində “Daxili xəstəliklər” və sənətşünaslıq sahəsində “Musiqi sənəti” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, fizika sahəsində “Bərk cisimlər fizikası” və sənətşünaslıq sahəsində “Musiqi sənəti” ixtisasları üzrə 2 iddiaçıya professor attestatları təqdim edilib.


09.03.2022





Digər xəbərlər