Bağla


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiya Respublikasının Zaqreb şəhərinə işgüzar səfəri başlayıb.
Səfərin məqsədi elmi müəssisələrin akkreditasiyası və keyfiyyət təminatı sahəsində Xorvatiya təcrübəsi ilə tanış olmaq və mütərəqqi təcrübənin Azərbaycanda tətbiqi imkanlarını öyrənməkdir. Səfər çərçivəsində 5 may tarixində Xorvatiya Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Agentliyin məsul şəxsləri ilə görüşlər keçirilib və təcrübə mübadiləsi aparılıb. 
Görüşlərdə Xorvatiya Respublikasının Elm və Təhsil Nazirliyinin elm və tədqiqatda keyfiyyət təminatı və akkreditasiya üzrə siyasəti və normativ hüquqi bazası haqqında geniş məlumat əldə edilib. Elm və Ali Təhsil üzrə Agentlikdə görüş zamanı isə elmdə qiymətləndirmələrin aparılması ilə bağlı hüquqi, maliyyə və institusional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, elmi fəaliyyət üçün ilkin akkreditasiyada ekspertiza, elmi təşkilatların yenidən akkreditasiyası, elmdə tematik qiymətləndirmə, doktorantura proqramlarının yenidən akkreditasiyası, rəqəmsallaşdırma və qiymətləndirmələrin arxivləşdirlməsi təcrübəsi öyrənilib və əməkdaşlıq imkanları müzakirə edilib. 
Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.


05.05.2022





Digər xəbərlər