Bağla


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiya Respublikasının Zaqreb şəhərinə işgüzar səfəri çərçivəsində  6 may tarixində Xorvatiya Respublikasının Ruder Boskovic İnstitutunun baş direktoru ilə görüş keçirilib.
Komissiyanın rəhbərliyi və əməkdaşları İnstitutun fəaliyyəti haqqında geniş məlumat əldə edib, elmi laboratoriyaları və təcrübə mərkəzlərinin fəaliyyəti, son illər tədqiqat sahəsində əldə etdiyi nailiyyətlər və keyfiyyətin təminatı sahəsində gördüyü işlərlə yaxından tanış olublar.
Nümayəndə heyətinə Ruder Boskovic İnstitutunun Mürəkkəb texnoloji materiallar üzrə təcrübə mərkəzinin, Kimyəvi və bioloji kristalloqrafiya laboratoriyasının, Hüceyrə biofizikası laboratoriyasının, Adriatik dənizinin biokəşfiyyatı üzrə elmi təcrübə mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib, elmi müəssisələrin akkreditasiyası sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi "Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi" layihəsi çərçivəsində həyata keçirilib.


06.05.2022





Digər xəbərlər