8 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 12 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 40 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Kimya, biologiya, fizika və iqtisad elmləri, tibb, filologiya, fəlsəfə, sənətşünaslıq, hüquq, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 30 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyə Respublikası Uludağ Universitetinin Texniki Elmlər İnstitutunda və Rusiya Federasiyasının Admiral S.P.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 2 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Texnika elmləri sahəsində “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (informasiya texnologiyaları üzrə)”, “Nəqliyyat sistemləri texnologiyası” və “Kompüter elmləri” ixtisasları üzrə 3 iddiaçıya, kimya elm sahəsində “Makromolekullar kimyası”, tarix elm sahəsində “Vətən tarixi”, fəlsəfə sahəsində “Dinşünaslıq”, filologiya sahəsində “Azərbaycan ədəbiyyatı”, sənətşünaslıq sahəsində “Musiqi sənəti” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Digər xəbərlər