15 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 16 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 27 iddiaçıya fəlsəfə doktoru diplomları və dosent attestatlarının təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Kimya, biologiya, fizika və texnika elmləri, tibb, filologiya, coğrafiya və yer elmləri, riyaziyyat və mexanika, pedaqogika, memarlıq, sənətşünaslıq və siyasi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 20 iddiaçıya fəlsəfə doktoru diplomları təqdim olunub.
Pedaqogika sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” və “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (musiqinin tədrisi metodikası)” ixtisasları üzrə 2 iddiaçıya, fəlsəfə sahəsində “Dinin tarixi və fəlsəfəsi” ixtisası üzrə 2 iddiaçıya, iqtisad elmləri sahəsində “İqtisadi fəaliyyət növləri”, filologiya elmləri sahəsində “Azərbaycan ədəbiyyatı”, sənətşünaslıq sahəsində “Musiqi sənəti” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Digər xəbərlər