Bağla


01 noyabr 2022 – ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) milli təhlükəsizlik və hərbi elmlər sahəsi üzrə elmi dərəcə və elmi ad almış 8 iddiaçıya diplomlar və attestatların  təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 4 iddiaçıya fəlsəfə doktoru diplomları təqdim olunub.

Milli təhlükəsizlik və hərbi elmlər  sahəsində  “Hərbi nəzəri elmlər” ixtisası üzrə 3 və “Hərbi xüsusi elmlər” ixtisası üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


01.11.2022





Digər xəbərlər