Bağla


07 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 8 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 16 iddiaçıya diplomlar və attestatların  təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Tibb elmləri, texnika elmləri, iqtisad elmləri, filologiya elmləri, tarix, pedaqogika və əczaçılıq elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 11 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub.

Texnika elmləri sahəsində “Maye, qaz və plazma mexanikası” və  “Maşınqayırma texnologiyası” ixtisaslarının hər biri üzrə 1, tarix elm sahəsində “Etnoqrafiya və etnologiya”,  biologiya elmləri sahəsində “Mikologiya” və tibb elmləri sahəsində “Cərrahlıq” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


07.04.2023





Digər xəbərlər