13 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev Qırğız Respublikasının Prezidenti yanında Milli Attestasiya Komissiyasının sədri professor Bakıt Tınaliyevanı qəbul etmişdir. Görüşdə professor Famil Mustafayev elmi dərəcələr və elmi adlar verilməsi qaydası haqqında Əsasnamələrə müvafiq olaraq həyata keçirilən islahatlar, elmin inkişafında önəmli rol oynayan Komissiyanın fəaliyyət istiqamətləri barədə geniş məlumat vermişdir. Qırğız Respublikasının Prezidenti yanında Milli Attestasiya Komissiyasının sədri professor Bakıt Tınaliyeva öz növbəsində ölkəsində müvafiq sahədə fəaliyyətlə bağlı təcrübəsini bölüşmüşdür.
Görüşdə iki ölkə arasında təcrübə mübadiləsi üçün yeni imkanlar və qarşılıqlı maraq doğuran sahələr üzrə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılmış, birgə əməkdaşlıq haqqında memorandum imzalanması ilə bağlı razılıq əldə olunmuşdur.
Digər xəbərlər