Bağla


16 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 8 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 31 iddiaçıya diplomlar və attestatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Fizika, tibb elmləri, biologiya elmləri, filologiya elmləri, iqtisad elmləri və pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 27 iddiaçıya fəlsəfə doktoru diplomları təqdim olunub.

Biologiya elmləri sahəsində “Zoologiya”, “Botanika”, kimya elm sahəsində “Üzvi kimya” və  aqrar elmlər sahəsində “Aqrokimya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


16.06.2023





Digər xəbərlər