31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 12 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 35 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Kimya, biologiya elmləri, yer elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, coğrafiya, filologiya elmləri, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 20 iddiaçıya fəlsəfə doktoru diplomları, kimya və tibb elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 2 iddiaçıya elmlər doktoru diplomları, Ukrayna Milli Nəqliyyat Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.
Filologiya elmləri sahəsində “Azərbaycan dili” ixtisası üzrə 2, “Türk dilləri” ixtisası üzrə 1, biologiya elmləri sahəsində “Genetika” ixtisası üzrə 2, tibb elmləri sahəsində “Otorinolarinqologiya”, “Şüa diaqnostikası və terapiyası”, kimya elm sahəsində “Üzvi kimya” və sənətşünaslıq elm sahəsində “Musiqi sənəti” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, tibb elmləri sahəsində “Səhiyyə və onun təşkili”, “İnsan və heyvan fiziologiyası” və tarix elm sahəsində “Vətən tarixi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim olunub.
Digər xəbərlər