Bağla


28 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 16 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 54 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Riyaziyyat, astronomiya, kimya, biologiya elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, tarix, filologiya elmləri, pedaqogika, siyasi elmlər və fəlsəfə üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 29 iddiaçıya fəlsəfə doktoru diplomları, riyaziyyat, kimya, biologiya elmləri, texnika elmləri, iqtisad elmləri və tarix üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 7 iddiaçıya elmlər doktoru diplomları, Tükiyə Respublikası İstanbul Universiteti-Cərrahpaşada texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Tükiyə Respublikası Süleyman Demirel Universitetinin Sosial Elmlər İnstitutunda sosiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Biologiya elmləri sahəsində “Botanika”, “Biokimya” və “Mikrobiologiya”, tibb elmləri sahəsində “Allerqologiya və immunologiya”, kimya elm sahəsində “Üzvi kimya”, coğrafiya elm sahəsində “Geoekologiya” və fizika elm sahəsində “Radiasiya materialşünaslığı” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, riyaziyyat elm sahəsində “Analiz və funksional analiz” ixtisası üzrə 2, texnika elmləri sahəsində “Kompüter elmləri”, “Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və üsulları”, “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (idarəetmə və qərar qəbuletmə üzrə)”, “Maye, qaz və plazma mexanikası”, iqtisad elmləri sahəsində “Texnoloji innovasiyalar iqtisadiyyatı”, “Ümumi iqtisadiyyat” və tibb elmləri sahəsində “Yoluxucu xəstəliklər” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim olunub.


28.02.2025





Digər xəbərlər