Bağla


06 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda 8 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 11 iddiaçıya diplomlar və attestatlar təqdim edilib. Riyaziyyat, coğrafiya, texnika elmləri, iqtisad elmləri və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 7 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub. Biologiya elmləri sahəsində “Biokimya”, pedaqogika elm sahəsində “Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası”, coğrafiya elm sahəsində “İqtisadi coğrafiya” və sənətşünaslıq elm sahəsində “Musiqi sənəti” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.

Elmi dərəcə iddiaçılarına elmlər doktoru elmi dərəcəsinin və elmi ad iddiaçılarına professor elmi adının verilməsi məsələlərinə baxılıb.

Komissiyanın nəzdində fəaliyyət göstərən ekspert şuralarının və dissertasiya şuralarının tərkibində dəyişikliklər edilib, müxtəlif elm sahələri üzrə dissertasiya şuraları yaradılıb.

Elmi dərəcə və elmi ad verilməsi üçün elmi məqalələrin Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına yeni nəşrlər daxil edilib.


06.10.2023





Digər xəbərlər