Bağla


20 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 52 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Kimya, texnika elmləri, tibb elmləri, biologiya elmləri, iqtisad elmləri, siyasi elmlər, pedaqogika, fəlsəfə, psixologiya və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 35 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyə Respublikası Mərmərə Universitetinin Sosial Elmlər İnstitutunda sosiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.

Filologiya elmləri sahəsində “Dil nəzəriyyəsi” və “Türk xalqları ədəbiyyatı”, tibb elmləri sahəsində “Travmatologiya və ortopediya” və “Səhiyyə və onun təşkili”, biologiya elmləri sahəsində “Genetika” və “Zoologiya”, texnika elmləri sahəsində “İnşaat konstruksiyaları, bina və qurğular” və “Maşınlar, avadanlıqlar və proseslər”, riyaziyyat elm sahəsində “Diferensial tənliklər” və “Analiz və funksional analiz”, fizika elm sahəsində “Yarımkeçiricilər fizikası”, kimya elm sahəsində “Qeyri-üzvi kimya”, psixologiya elm sahəsində “Sosial psixologiya”, aqrar elmlər sahəsində “Kənd təsərrüfatı heyvanlarının yemlənməsi və yemlərin texnologiyası”, tarix elm sahəsində “Ümumi tarix” və iqtisad elmləri sahəsində “Ümumi iqtisadiyyat” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.


20.10.2023





Digər xəbərlər