Bağla


Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) inzibati binasında “8 noyabr  — Zəfər Günü” ilə bağlı tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev 8 Noyabr – Zəfər Gününün xalqımızın qürur mənbəyinə çevrildiyini qeyd edərək bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib. Professor Famil Mustafayev həmçinin 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərin və lokal antiterror tədbirlərinin uğurlu nəticəsindən söz açaraq Ulu Öndərin 100 illiyinin qeyd olunduğu bir vaxtda Qarabağda suverenliyimizin tam bərpasının böyük rəmzi məna daşıdığını diqqətə çatdırıb. Qeyd edib ki, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Vətən müharibəsində Azərbaycan xalqı öz liderinin — müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib.

Tədbir Zəfər Gününə aid çıxışlarla davam edib, Vətən müharibəsinə aid hazırlanmış video çarx nümayiş etdirilib. Sonda professor Famil Mustafayev 44 günlük Vətən müharibəsini tariximizin ən qürurlu, ən şanlı, ən unudulmaz səhifəsi adlandıraraq bir daha iclas iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.


07.11.2023





Digər xəbərlər