29 noyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda onlayn təlim təşkil edilib. Təlimdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Ali Attestasiya Komissiyasının 34 əməkdaşı iştirak edib.
Təlim zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri və növləri, həmçinin korrupsiya hüquqpozmalarına görə məsuliyyət və mübarizə metodları haqqında məlumatlar verilib. Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə və əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları, onların əhəmiyyəti və tətbiqi ilə bağlı məsələlərə aydınlıq gətirilib.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorların və vətəndaş müraciətlərinin əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.
Digər xəbərlər