30 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 13 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 42 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Riyaziyyat, biologiya elmləri, yer elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, coğrafiya, tarix və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 28 iddiaçıya fəlsəfə doktoru diplomları, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi Rusiya Elmlər Akademiyasının N.N. Semenyov adına Kimyəvi Fizika İnstitutunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, O.E.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasında hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (Universitetində) siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Texnika elmləri sahəsində “Kimya texnologiyası və mühəndisliyi” ixtisası üzrə 2, “Telekommunikasiya texnologiyası” ixtisası üzrə 1, fizika sahəsində “Kristalloqrafiya, kristallar fizikası”, “Yarımkeçiricilər fizikası”, aqrar elmlər sahəsində “Heyvan xəstəliklərinin diaqnostikası və terapiyası, heyvanların patologiyası və morfologiyası”, “Seleksiya və toxumçuluq”, biologiya elmləri sahəsində “Genetika”, “Botanika”, riyaziyyat elm sahəsində “Analiz və funksional analiz” və siyasi elmlər sahəsində “Dövlət idarəçiliyi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Digər xəbərlər