Bağla


16 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda 3 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 7 iddiaçıya attestat və diplomlar təqdim edilib. Tibb elmləri, texnika elmləri və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 6 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub.
Filologiya elmləri sahəsində “Azərbaycan dili” ixtisası üzrə 1 iddiaçıya professor attestatı təqdim edilib.
Elmi dərəcə iddiaçılarına elmlər doktoru elmi dərəcəsinin, elmi ad iddiaçılarına professor elmi adının verilməsi məsələlərinə baxılıb.
Müxtəlif elm sahələri üzrə ekspert və dissertasiya şuraları yaradılıb, bəzi dissertasiya şuralarının tərkibində dəyişikliklər edilib.
Elmi dərəcə və elmi ad verilməsi üçün elmi məqalələrin Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına yeni nəşrlər daxil edilib.


16.02.2024





Digər xəbərlər