Bağla


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəhbərliyi və kollektivi 2024-cü ilin 10 may tarixində dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda Ümummilli liderin məzarını ziyarət edib, abidəsinin önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin hörmət və yüksək ehtiramla yad ediblər.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib. 


10.05.2024





Digər xəbərlər