24 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda 6 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 9 iddiaçıya attestat və diplomlar təqdim edilib. Tarix, hüquq elmləri və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 4 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub.
Fizika elm sahəsində “Bərk cisimlər fizikası” və “Yarımkeçiricilər fizikası”, kimya elm sahəsində “Radiasiya materialşünaslığı”, “Fiziki kimya” və iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.
Elmi dərəcə iddiaçılarına elmlər doktoru elmi dərəcəsinin, elmi ad iddiaçılarına professor elmi adının verilməsi və xarici ölkədə verilmiş elmi dərəcə barədə sənədin təkrar attestasiya əsasında tanınması məsələlərinə baxılıb.
Müxtəlif elm sahələri üzrə dissertasiya şuraları yaradılıb, bəzi dissertasiya şuralarının tərkibində dəyişikliklər edilib.
Digər xəbərlər