Bağla


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevin 06-07 iyun tarixlərində Naxçıvan şəhərinə işgüzar səfəri baş tutmuşdur. Səfər çərçivəsində F.Mustafayev Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə “Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmiş və “Naxçıvan Muxtar Respublikasında yüksəkixtisaslı mütəxəssislərin hazırlanması: nailiyyətlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış etmişdir.

Konfransla bağlı ətraflı məlumat ilə qeyd olunan linkdə tanış olmaq mümkündür:

 https://525.az/news/264259-100-illiye-novbeti-tohfe-naxcivan-muxtar-respublikasinin-yaranmasi-kecmisden-bu-gune-ve-sabaha-beynelxalq-elmi-konfransi


10.06.2024





Digər xəbərlər