12 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 13 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 46 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Kimya, biologiya elmləri, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, tarix, filologiya elmləri, pedaqogika, siyasi elmlər, psixologiya, sənətşünaslıq, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 32 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyə Respublikası Selçuk Universitetinin Sosial Elmlər İnstitutunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin A.İ.Yevdokimov adına Moskva Dövlət Tibb-Stomotologiya Universitetində tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
İqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı”, “Mühasibat uçotu” və “Ümumi iqtisadiyyat”, tibb elmləri sahəsində “Patoloji anatomiya”, “Cərrahlıq”, kimya elm sahəsində “Üzvi kimya”, biologiya elmləri sahəsində “Botanika”, tarix elm sahəsində “Ümumi tarix”, pedaqogika elm sahəsində “Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası”, siyasi elmlər sahəsində “Beynəlxalq münasibətlər”, sənətşünaslıq elm sahəsində “Təsviri sənət”, milli təhlükəsizlik və hərbi elmlər sahəsində “Hərbi xüsusi elmlər” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Digər xəbərlər