Bağla


03 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 16 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 71 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Fizika, kimya, biologiya elmləri, yer elmləri, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, filologiya elmləri, siyasi elmlər və memarlıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 33 iddiaçıya fəlsəfə doktoru diplomları, fizika, kimya, texnika elmləri və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 9 iddiaçıya elmlər doktoru diplomları, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi N.N.Bloxin  adına Milli Tibbi Onkoloji Tədqiqat Mərkəzində (FDBM) tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikası Koç Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikası İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikası Dokuz Eylül Universitetinin Sosial Elmlər İnstitutunda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1, Türkiyə Respublikası Çukurova  Universitetində texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Amerika Birləşmiş Ştatları Çikaqo Universitetinin  Pritzker Molekulyar Mühəndislik Məktəbində texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Filologiya elmləri sahəsində “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə 2, sənətşünaslıq elm sahəsində “Musiqi sənəti” ixtisası üzrə 2, texnika elmləri sahəsində “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (intellektual sistemlər üzrə)” və “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (informasiya texnologiyaları üzrə)”, “İstilik elektrik stansiyaları (istilik hissəsi)”, tibb elmləri sahəsində “Patoloji anatomiya”, “Yoluxucu xəstəliklər”, kimya elm sahəsində “Kompozit materialların kimyası və texnologiyası”, “Neft kimyası”, mexanika elm sahəsində “Deformasiya olunan bərk cisim mexanikası”, fizika elm sahəsində “Yarımkeçiricilər fizikası”, riyaziyyat elm sahəsində “Diferensial tənliklər”, aqrar elmlər sahəsində “Bitkiçilik”, coğrafiya elm sahəsində “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” və pedaqogika elm sahəsində “Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent, pedaqogika elm sahəsində “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədrisi metodikası)”, “Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası”, fizika elm sahəsində “Elektronika”, texnika elmləri sahəsində “Telekommunikasiya texnologiyası”, biologiya elmləri sahəsində “Botanika” və yer elmləri sahəsində “Dağ sənaye və neft-qaz-mədən geologiyası, geofizikası, markşeyder işi və yer təkinin həndəsəsi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.


03.07.2024





Digər xəbərlər