19 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 13 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 45 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Riyaziyyat, biologiya elmləri, tibb elmləri, iqtisad elmləri, hüquq elmləri, filologiya elmləri, pedaqogika, siyasi elmlər və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 28 iddiaçıya fəlsəfə doktoru diplomları, Rusiya Federasiyası Moskva Dövlət Vilayət Universitetində fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Türkiyə Respublikası Atatürk Universitetinin Sosial Elmlər İnstitutunda hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Filologiya elmləri sahəsində “Azərbaycan ədəbiyyatı”, “Dil nəzəriyyəsi”, “Azərbaycan dili”, “German dilləri”, “Slavyan dilləri”, “Türk dilləri”, pedaqogika elm sahəsində “Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası”, “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi”, “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədrisi metodikası)”, “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (ingilis dilinin tədrisi metodikası)”, “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (alman dilinin tədrisi metodikası)”, tarix elm sahəsində “Vətən tarixi”, “Ümumi tarix”, texnika elmləri sahəsində “Elektrotexniki sistemlər və komplekslər” və psixologiya elm sahəsində “Sosial psixologiya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.
Digər xəbərlər