Bağla


04 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 14 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 30 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Fizika, biologiya elmləri, aqrar elmlər, tibb elmləri, iqtisad elmləri, filologiya elmləri, pedaqogika və siyasi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 11 iddiaçıya fəlsəfə doktoru diplomları, mexanika, biologiya elmləri, yer elmləri, tibb elmləri, hüquq elmləri, psixologiya və sənətşünaslıq üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 8 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikası İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikası Karabük Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Ukrayna Respublikası Təhsil və Elm Nazirliyi, Taras Şevçenko adına Kiyev Mili Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

İqtisad elmləri sahəsində “Mühasibat uçotu”, “Müəssisələrin təşkili və idarə olunması”, “Sahə iqtisadiyyatı” ixtisaslarının hər biri üzrə 1, pedaqogika elm sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi”, filologiya elmləri sahəsində “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, biologiya elmləri sahəsində “Botanika”, tibb elmləri sahəsində “Kardiologiya” və texnika elmləri sahəsində “Məsafədən aerokosmik tədqiqatlar” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib

 


04.10.2024





Digər xəbərlər