Bağla


 

1 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 11 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 48 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

         Riyaziyyat, kimya, aqrar elmlər, tibb elmləri, texnika elmləri, tarix, hüquq elmləri, filologiya elmləri, və pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 27 iddiaçıya fəlsəfə doktoru diplomları, fizika, texnika elmləri, tarix və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 6 iddiaçıya elmlər doktoru diplomları, Rusiya Federasiyası İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.

         Texnika elmləri sahəsində “Dəniz faydalı qazıntı yataqlarının işlənməsi texnologiyası” ixtisası üzrə 2, filologiya elmləri sahəsində “İran dilləri”, “Folklorşünaslıq”, tarix elm sahəsində “Ümumi tarix”, pedaqogika elm sahəsində “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” və iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, texnika elmləri sahəsində “İstehsalın təşkili (maşınqayırma üzrə)”, “Kimya texnologiyası və mühəndisliyi”, pedaqogika elm sahəsində “Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası”, “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi”, fizika elm sahəsində “Kristalloqrafiya, kristallar fizikası”, tibb elmləri sahəsində “Parazitologiya” və filologiya elmləri sahəsində “Dil nəzəriyyəsi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim olunub.


01.11.2024





Digər xəbərlər