29 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 18 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 56 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Riyaziyyat, mexanika, fizika, kimya, biologiya elmləri, tibb elmləri, texnika elmləri, əczaçılıq elmləri, iqtisad elmləri, tarix, hüquq elmləri, filologiya elmləri, pedaqogika, siyasi elmlər, psixologiya, sənətşünaslıq və memarlıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 46 iddiaçıya fəlsəfə doktoru diplomları, Polşanın Kielçede yerləşən Yan Koxanovski adına Universitetində fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Türkiyə Respublikası Kocaeli Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
İqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı”, “Ekonometriya”, “Mühasibat uçotu”, filologiya elmləri sahəsində “Azərbaycan ədəbiyyatı”, fizika elm sahəsində “Yarımkeçiricilər fizikası”, kimya elm sahəsində “Neft kimyası”, pedaqogika elm sahəsində “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (ingilis dilinin tədrisi metodikası)” və sənətşünaslıq elm sahəsində “Təsviri sənət” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim olunub.
Digər xəbərlər