Bağla


28 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 45 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

         Riyaziyyat, kimya, biologiya elmləri, aqrar elmlər, iqtisad elmləri, tarix, filologiya elmləri, pedaqogika, fəlsəfə və siyasi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 21 iddiaçıya fəlsəfə doktoru diplomları, riyaziyyat, fizika, biologiya elmləri, tibb elmləri, texnika elmləri, tarix və fəlsəfə üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 10 iddiaçıya elmlər doktoru diplomları, Rusiya Federasiyası M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Türkiye Respublikasının Konya Texniki Universitetində yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

İqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı” ixtisası üzrə 4, biologiya elmləri sahəsində “Mikrobiologiya”, tibb elmləri sahəsində “Otorinolarinqologiya”, aqrar elmlər sahəsində “Kənd təsərrüfatı heyvanlarının yemlənməsi və yemlərin texnologiyası”, psixologiya elm sahəsində “Sosial psixologiya” və fəlsəfə elm sahəsində “Dinşünaslıq” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, tibb elmləri sahəsində “Mamalıq və ginekologiya”, “Endokrinologiya” və texnika elmləri sahəsində “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (informasiyanın təhlükəsizliyi üzrə)” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim olunub.


28.12.2024





Digər xəbərlər